Rusiyada saxta sənədlə maşın sürən azərbaycanlı saxlanılıb

Rusiyada saxta sənədlə maşın sürən azərbaycanlı saxlanılıb

Rusiyada saxta sənədlə maşın sürən azərbaycanlı saxlanılıb

Rusiya Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyi Yol Patrul Xidmətinin Cənub-Qərb İnzibati Dairəsi üzrə əlahiddə taborunun əməkdaşları tərəfindən aparılan "Miqrant - 2015" əməliyyatı zamanı 47 yaşlı Azərbaycan əsilli şəxs saxlanılıb. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, azərbaycanlı polis əməkdaşlarına yoxlamaq üçün bilə-bilə saxta sürücülük vəsiqəsi təqdim edib. Vəsiqə polis əməkdaşları tərəfindən götürülüb, vətəndaş saxlanılıb.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 327-ci maddəsi üzrə (Bilərəkdən saxta sənəddən istifadə etmək) cinayət işi açılıb.

Dostlarınla paylaş


Şərhlər


Top