04.11.2015
Avtoxəbər
Pleyboyun sürücülük vəsiqəsini aldılar; bu maşına görə
Ərəbistan pleyboyu kimi tanınan 22 yaşlı Məhəmməd Əl-Şərif atasına məxsus, 168 min 500 dollar dəyərində olan “McLaren” avtomobilini “Hyde Park” məkanında içkili halda idarə edərəkən saxlanılıb. Cars-az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, polislər yol hərəkəti qaydasını pozan Məhəmməd Əl-Şərifi saxlayanda onun ayaq üstə dura bilmədiyini və kəkələdiyini görərək içki testi ediblər. Nəticədə onun həm içki, həm də narkotik maddə qəbul etdiyi aşkarlanıb. Qanun pozuntusuna görə gənc pleyboya 400 dollar cərimə yazılıb, üstəlik, 12 ay müddətində sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, pleyboyun idarə etdiyi “McLaren” markalı maşın ilin mükafatları mərasimində Orta Şərqin “ən möhtəşəm super maşını» seçilib.
Fidan