04.11.2015
Avtoxəbər
Piyada yola çıxdı, «KİA» səkiyə dırmaşdı
Dünən gecə saatlarında «Qara Qarayev» metrostansiyası yaxınlığında – «Ruslan» marketin qarşısında yol qəzası baş verib. «KİA» markalı, 10 MJ 414 dövlət nömrə nişanlı avtomobil səkiyə çırpılıb. Avtomobilin ön tərəfi əzilib. Cars-az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.
Hadisə yerində olan əməkdaşımıza qəza barədə məlumat verən sürücü bildirib ki, qəflətən yola qaçan piyadanı vurmamaq üçün maşını yoldan kənara çəkib. Nəticədə avtomobil səkiyə çırpılıb. Piyada isə hadisə yerindən qaçıb.
Qeyd edək ki, qəza baş verən ərazidə piyada keçidi yoxdur. Keçid bir qədər irəlidədir.
Emin