Özünüz geyinib-qurşandınız, bəs maşın?

Özünüz geyinib-qurşandınız, bəs maşın?

Havaların soyuq keçməsi avtomobillərin baxımında daha həssas olmağı tələb edir. Xüsusilə, şaxtalı hava rezin detallara daha çox təsir edir və onların sıradan çıxmasını sürətləndirir. Bununla bağlı mütəxəsislərin müəyyən tövsiyələri var. Belə ki, soyuq havalar rezinlərin donmasına,daha sonra isə çatlayaraq sıradan çıxmasına səbəb olur. Mütəxəsislər deyir ki, artıq vaxt keçmiş avtomobillərin rezin detalları hökmən yenilənməlidir.

Dəmir hissələrdəki nasazlıq hərəkət zamanı çıxan kənar səslərdən daha tez bilinir. Rezin isə yumşaq olduğundan əksər hallarda yalnız ustaya gətiriləndə aşkar edilir. Rezin detallar ön və arxa işlək hissələrdə üstünlük təşkil edir.

Dostlarınla paylaş


Şərhlər


Top