04.11.2015
Avtoxəbər
Maşını dərəyə aşıran 25 yaşlı sürücü öldü
Ağstafada ölümlə nəticələnən yol nəqliyyat qəzası bas verib. Cars-az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə şəhər mərkəzində baş verib. Rayonun Poylu kənd sakini, 25 yaşlı Vüqar Dünyamalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək maşını dərəyə aşırıb. Ağır xəsarətlər alan 25 yaşlı sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılaraq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılıb.