04.11.2015
Avtoxəbər
Külək elektrik dirəyini bahalı maşının üstünə aşırıb əzdi – FOTO+VİDEO
Bu gün axşam saatlarında Bakıda başlayan güclü külək bir sıra fəsadlar törədib. Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində isə elektrik dirəyi hərəkətdə olan avtomobilin üzərinə aşıb. Hadisə şahidlərinin Cars-az-a verdiyi məlumata görə, küləyin təsirindən Azərbaycan Müəllimlər İnstitutunun qarşısında elektrik dirəyi hərəkətdə olan «Mersedes» markalı bahalı avtomobilin üzərinə aşıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib, qabaq parpres və digər detallar əzilib. Avtomobilin sürücüsünün də xəsarət aldığı bildirilir.
Hadisə yerindən çəkilmiş foto və fideonu təqdim edirik:
Elmin