Futbolçunun bahalı avtomobilinin sirri açıldı

Futbolçunun bahalı avtomobilinin sirri açıldı

Türkiyənin ulduz futbolçusu Arda Turanın bahalı avtomobilinin sirri ortaya çıxıb.

Cars-az anspress-ə istinadən xəbər verir ki, İstanbul küçələrində 550 min avroluq "Ferrari" ilə dolaşan futbolçuya bu maşını tanınmış aparıcı Acun Ilıcalı verib.

Arda Turan İstanbulda qalacağı müddətdə bu bahalı avtomobildən istifadə edəcək. 2014-cü il istehsallı olan maşının bazar qiyməti yarım milyon civarındadır.

Qeyd edək ki, İspaniyada "Atletiko Madrid" forması geyən türk futbolçu Arda Turan bir neçə gündür ki, vətəninə qayıdıb. Ulduz oyunçu son günlər İstanbulda ardıcıl olaraq restoran və barlarda kameraların obyektivinə tuş gəlir.


Dostlarınla paylaş


Şərhlər


Top