04.11.2015
Avtoxəbər
Faciəli qəza; arvadını xilas etdi, özü öldü
Bu faciəvi hadisə Kolumbiyada baş verib. Musavat.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ər və arvad yolun qarşısına keçib, avtobusa minmək istəyiblər. Amma bir anda sürətlə gələn avtobusu görməyiblər. Verilən məlumatlara görə, kişi öz həyat yoldaşını son anda itələyərək, onun həyatını xilas edib. Özü isə faciəvi şəkildə avtobusun altında qalaraq, dünyasını dəyişib.