Dünyanı gəzən velosipedçini Azərbaycanda maşın vurdu

Dünyanı gəzən velosipedçini Azərbaycanda maşın vurdu

Dünyanı gəzən velosipedçini Azərbaycanda maşın vurdu

Şirvanda italiyalı velosipedçini avtomobil vurub. Cars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə günorta saatlarında köhnə şəhər massivində qeydə alınıb. “Mercedes” markalı, “10 LN 511” dövlət nömrə nişanlı avtomobil dünya səyahətinə çıxan iki italiyalı velosipedçidən birini - 1982-ci il təvəllüdlü Pediperi Luka Markonu vurub. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Velosipedçinin vəziyyəti normaldır, həyatı üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, onlar Milan şəhərindən velosipedlə dünya səyahətinə çıxıblar və dünyanın bir neçə ölkəsindən keçərək Azərbaycana gəliblər.

Dostlarınla paylaş


Şərhlər


Top