Diqqət! - 50-lik yola kağızla 90 yapışdırıb sürücüləri radara salırlar

Diqqət! - 50-lik yola kağızla 90 yapışdırıb sürücüləri radara salırlar

Diqqət! - 50-lik yola kağızla 90 yapışdırıb sürücüləri radara salırlar

Bakı-Gəncə magistralının kənarındakı yol nişanı görənlərin marağına səbəb olur. Maksımum sürət həddi 50 kilometr/saat olan bu nişanın üzərinə kağıza yazılmış 90 rəqəmi yapışdırılıb. Bu da sürücülərdə çaşqınlıq yaratmaqla bərabər, müəyyən suallar ortaya çıxarır. bu rəqəmi kim dəyişib və buna görə sürücülər cərimələnə bilərmi?

Yol nişanının üzərində maksimum sürət həddi 90 kilometr/saat göstərilib. Diqqətlə baxdıqda isə bu rəqəmin kağıza yazılaraq yapışdırıldığı məlum olur.

Sosial şəbəkələrdə yayılan bu görüntü sürücülərdən biri tərəfindən Bakı-Gəncə yolunda çəkilib.Kadrları çəkən sürücü yolboyu bir neçə nişanda bu hala rast gəlindiyini,kağızın altında isə əsl sürət həddinin 50 kilometr/saat olduğunu bildirib.Yol hərəkəti üzrə ekspert ərşad Hüseynov deyir ki,bu kağız böyük ehtimalla yoldan keçə hər hansı bir şəxs tərəfindən yapışdırılıb. Çünki,əsl yol nişanında müəyyən standartlar mövcuddur.

Ekspert bildirir ki, yol nişanlarına nəzarəti Yol Patrul Xidmətinin əməkdaşları həyata keçirir. Nöqsan aşkarlandıqda isə müvafiq qaydada aradan qaldırılmalıdır. Kağızı nişana yapışdıran şəxs isə inzibati məsuliyyətə cəlb edilə bilər. Bunun üçün isə fiziki şəxslər üçün 30 manatdan 50 manatdək cərimə nəzərdə tutulur.

Ərşad Hüseynovun sözlərinə görə, sürücülərə bu nişandakı yanlışlıq səbəbindən sürət həddini aşdığına dair hər hansı bir protokol gələrsə,müvafiq qaydada cəriməni ləğv etdirə bilərlər.

Сars-az mövzu ilə bağlı videomaterialı təqdim edir:

Dostlarınla paylaş


Şərhlər


Top