Dəmir arakəsmədənsə tros daha yaxşıdır

Dəmir arakəsmədənsə tros daha yaxşıdır

Sentyabrın 17-də Sumqayıt yolunda baş verən qəzadan sonra yollardakı dəmir ayırıcıların ləğv edilməsi gündəmə gəlib. Əvəzedici variant kimi isə ilk növbədə beton piltələr təklif edilir. Lakin daha səmərəli alternativlər də mövcududur. Dünya təcrübəsində daha ucuz başa gələn və daha təhlükəsiz tros ayırıcılardan istifadə edilir. Yəqin ki, "yolların sahibləri" bilməmiş deyillər.

Yeri gəlmişkən, Cars-az bildirir ki, sovet hakimiyyəti illərində yollarda ayırıcı troslar sədlər tətbiq olunub və bir neçə il əvvələ qədər Azərbaycanın bəzi yerlərində bu cür qurğular mövcud idi. Lakin nədənsə bəzi «başbilənlər» daha təhlükəsiz vasitələri yığışdırıb ən təhlükəlisini tətbiq etdilər ki, bu gün bunun ağır nəticəsini görməkdə davam edirik.

Pərviz

Dostlarınla paylaş


Şərhlər


Top