01.03.2016
Avtoxəbər
Bu sürücü internet ulduzu oldu
Avtomobili yaxşı idarə etdiyini, məharətli sürücü olduğunu düşünənlər az deyil. Belələri arasında yaxşı sürücülər gerçəkdən də az deyil. Fəqət ABŞ-da FedEX şirkətinin sürücüsünün məharətinin əks olunduğu video geniş müzakirələrə səbəb olub və bu sürücünü "superpeşəkar" adlandırıblar.
Сars-az milli.az-a istinadən bildirir ki, ağırtonnajlı, 18 təkərli yük maşınının sürücüsü bu "monstr"u cəmi 45 saniyə ərzində, məharətli manevrləri ilə anbara sala bilib.
Olay Nyu-Yorkda yaşanıb.