04.11.2015
Avtoxəbər
Bu qəzadan sağ çıxmağın bir adı var - Möcüzə
Sosial şəbəkələrdə qorxunc qəzanın görüntüləri yayılıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, Rusiyanın Tumen vilayətində baş verən qəza qarşıdan gələn avtomobilin videoreqistratoruna düşüb. Dəhşətli qəza Tumen ərazisində baş yolda olub. “Chery” avtomobilinin sürücüsü “Mercedes” maşını ilə toqquşmadan sonra möcüzə nəticəsində sağ qalıb. Qəzanın əsas gunahkarı da “Chery” avtomobilinin sürücüsü olub. Belə ki, sərxoş olan sürücü qarşı yola çıxıb.
Toqquşmadan sonra onun maşını yol qırağına aşıb və bir neçə dəfə çevrilib. Zərbənin gücü sürücü və salonda olan sərnişini bayıra atıb. Hər iki şəxs yüngül zədələrlə canını qurtarıb. "Mersedes" də heç kim zərər çəkməyib.