02.01.2016
Avtoxəbər
Bu gündən yeni cərimələr başlayır? - Sürücülərin diqqətinə
Yanvarın 1-dən başlayaraq sürücülər üçün yeni cərimələrin olacağı, yaxud hansısa xüsusi tədbirlərin tətbiqi ilə bağlı əhali arasında narahatlıq var. “Cərimələr və bu məzmunlu məsələlərlə bağlı 1 yanvardan tətbiq ediləcək heç bir yenilik yoxdur”. Bunu atv.az-a açıqlamasında hüquqşunas Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, Milli Məclis bir neçə gün əvvəl Yeni İnzibati Xətalar Məcəlləsini müzakirə etdi: “Yeni cərimə və tədbirlərin 1 maydan etbarən qüvvəyə minəcəyi gözlənilir. Özü də bu məcəllədə əhəmiyyətli məzmun dəyişikliyi yoxdur. Sadəcə cüzi kosmetik yeniliklər var”.