26.02.2016
Avtoxəbər
Bu avtobuslar 20-ci Sahəyə getməyəcək - SXEM
Bakıda 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların qrafiki dəyişdirilib.
Сars-az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, Niyazı küçəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Neftçilər prospektinin kəsişməsindən İstiqlaliyyət küçəsinə qədər yolda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 6 saylı marşrut xətti metronun "Azadlıq Prospekti" stansiyasının önündən "İçərişəhər" stansiyasına qədər hərəkət edəcək.
Qeyd edək ki, bunadək 6 saylı marşrut avtobusları 20-ci Sahəyə qədər hərəkət edirdi.