Binanın başındakı nədir? - Sürücülər «radar» deyir

Binanın başındakı nədir? - Sürücülər «radar» deyir

Binanın başındakı nədir? - Sürücülər «radar» deyir

Bakı metrosunun «Gənclik» stansiyasının üstündə yerləşən və üzərində «Badamlı» yazılan binanın üzərinə quraşdırılan təhlükəsizlik kamerasi sürücüləri çaş-baş salıb. Cars-az-ın məlumatına görə, bəzi sürülər kameranı radar zənn edirlər. Videonu saytımıza göndərən sürücü də bu kameranın radar olduğunu iddia edir. O bildirir ki, kamera yeni quraşdırılıb və «Gənclik» dairəsini çəkir.

Lakin maraqlısı budur ki, bu dairədə sürət həddi o qədər də yüksək deyil və sürəti qaldırmağa imkan da yoxdur. Belə kameralar isə Bakıda bir neçə binanın üzərində var. Bir neçə dəfə də rəsmi qaydada açıqlama verilib ki, bunlar radar yox, müşahidə kameralarıdır. Odur ki, sürücülər bundan narahat olmasınlar.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top