04.11.2015
Avtoxəbər
Baş Polis İdarəsinin qarşısındakı yol bağlanacaq
Bakıda daha bir yol təmir olunur. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Cars-az-a verilən məlumata görə, bu gün səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinin köməkçi sahəsinə qədər olan gediş-gəliş hissəsində təmir işlərinə başlanılıb. Təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçiriləcək. Göstərilən işləri nəzərə alaraq martın 21-i səhər saat 08:00-dan etibarən Babək prospektindən və Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə nəqliyyatın hərəkəti dayandırılacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Elmin