Bakıda "Nissan Maxima" yarı qiymətinə satıldı

Bakıda "Nissan Maxima" yarı qiymətinə satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) iyunun 2-də hərracda satılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

ƏMDK-dan Cars-az-a verilən məlumata görə, iyunun 2-də təşkil olunmuş hərracda 50 avtomobildən cəmi 2 avtomobil satılıb.

Komitə bildirir ki, 2003-cü il istehsalı olan UAZ-3160-011, 2516 manata, 2 002-ci il istehsalı olan Nissan Maxima isə 2 706 manata satılıb.

Xatırladaq ki, hərracda satılan Nissan Maxima 3-cü dəfə idi satışa çıxarılırdı.

Məlumat üçün bildirək ki, Bakının avtomobil bazarında 2002-ci il istehsalı olan Nissan Maxima-nın qiyməti 6 800 dollar və ya 7 123 manatdır.

Dostlarınla paylaş


Şərhlər


Top