Bakıda qadın maşın qaçırdı

Bakıda qadın maşın qaçırdı

Bakıda qadın avtomobil qaçırıb. Cars-az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, martın 27-nə keçən gecə Nərimanov rayonunun Z.Bünyadov prospektindən Bakı şəhər sakini Anar Cəfərova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb.

Məlumat daxil olan kimi Nərimanov rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aynur Aşurova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top