Bakıda piyadaya yol verən 5 maşın toqquşdu

Bakıda piyadaya yol verən 5 maşın toqquşdu

Bu gün Bakının Rahib Məmmədov küçəsi, 26 ünvanında zəncirvari yol qəzası baş verib. Сars-az-a oxucuların verdiyi məlumata görə, piyadaya yol vermək üçün qəfil tormozlama edən maşın qəzaya səbəb olub. Nətiəcədə 5 avtomaşın toqquşub. Hadisə yerinə yol polisləri gəlib.

Məlumata görə, qəzaya piyada keçidi olmayan yerdən yolu keçən piyada səbəb olub. Fotodan da göründüyü kimi, yolun kənarında avtobus dayanacağı var və dayanacaqda avtobusdan düşən piyada qaçaraq yolu keçərkən avtomobillər dayanmalı olub ki, bu da qəza ilə nəticələnib.

Fərid

Dostlarınla paylaş


Şərhlər


Top