Bakıda 3600 manata “Chevrolet” satılır 

Bakıda 3600 manata “Chevrolet” satılır 

İyunun 16-da Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (HTAM) avtomobil hərracı keçiriləcək. Cars-az ƏMDK-ya istinadən yaydığı məlumata görə, hərraca istehsal ili 1993-cü ildən 2007-ci ilə qədər olan 6 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin qiyməti 1080 manatdan 3604 manata qədər dəyişir.

S/N

Avtonəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti

(manatla)

10 % beh

“Chevrolet Epica”

2007

3604

360

“Chevrolet Epica”

2007

3604

360

“QAZ 66-11”

1993

1080

108

“Tofaş Şahin”

2004

1918

192

“Tofaş Şahin”

2005

2094

209

“Peugeot 406”

2002

1748

175

Hərracda iştirak etmək istəyənlər əldə etmək istədikləri avtomobilin start qiymətinin 10%-i qədər beh ödəməlidir. Daha sonra ödəniş qəbzini şəxsiyyət vəsiqəsi ilə birlikdə iyunun 13-nə qədər hərrac komissiyasına təqdim etmək lazımdır. HTAM Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, 11a ünvanında yerləşir.

Dostlarınla paylaş


Şərhlər


Top