12.03.2016
Avtoxəbər
Bakı-Qazax yolunda yük maşını aşdı, ölən var
Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb. Сars-az-ın APA-ya istinadən məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb. "KAMAZ" markalı 22 BC 360 dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Avtomobildə meyiti sıxılmış sərnişini FHN-in Hacıqabul Yanğından mühafizə xidmətini xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.