Badamdarda yük maşını belə yandı - YENİLƏNİB

Badamdarda yük maşını belə yandı - YENİLƏNİB

Badamdarda yük maşını belə yandı - YENİLƏNİB

Gecə yarısı paytaxtda yük maşını yanıb. Anspress-in məlumatına görə, bu haqda informasiya Nahid Quliyev adlı şəxsin Facebook səhifəsində yerləşdirilib. Çox güman ki, video da elə bu istifadəçi tərəfindən telefonun yaddaşına həkk olunub. Qəsəbə bazarının yaxınlığındakı yoldan keçən “Çadır maşın”nın “motor hissəsində alışma baş verib. Nəticədə “ZİL”i idarə edən və sərnişin yüngül yanıq xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail Rayon Hissəinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yanacaq çəninə keçməsininin qarşısını alıblar. Xəsarət alan şəxslər təcili yardım vasitəsi ilə 5 nömrəli şəhər xəstəxanasına aparılıb. Yanğına səbəb avtomobilin mühərrik hissəsindəki nasazlıq olub.

İyulun 9-da axşam saatlarında Səbail rayonunda yük maşınının yanması nəticəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 21:42 radələrində Badamdar qəsəbəsində, T.Məmmədov küçəsindəki 3 saylı binanın qarşısında "QAZ 52" markalı yük maşınının yanması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bunlar avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Babuşov Elman Müseyib oğlu və sərnişin, 1990-cı il təvəllüdlü Nəbiyev Tərlan Nəbi oğludur. Hər iki şəxs 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib. Yaralılardan T.Nəbiyevin vəziyyəti ağır qiymətləndirilir. Onun bədəninin 70 faizə qədəri yanıb.

Dostlarınla paylaş


Şərhlər


Top