Azərbaycanlı gənc "BMW"-ni fəth edir

Azərbaycanlı gənc "BMW"-ni fəth edir

Uşaqlıqdan avtomobillərə böyük həvəsi olan Ramil Türkiyədə dizayn təhsili alır. Hazırladığı modeli BMW şirkətinə göndərən Ramil müəssisədən müsbət cavab alıb. Üstəlik şirkət təcrübə üçün Ramili ABŞ-a dəvət edib. Cars-az atv.az-a istinadən xəbər verir ki, bu Ramil üçün böyük şansdır. Amma şirkətin bəzi tələbləri var. Belə ki, Ramil dizayn proqramlarını, həmçinin alman yaxud da ingilis dilini mükəmməl bilməlidir. Azərbaycanda həmin dizayn proqramları və proqram üzrə mütəxəssis olmadığını deyən Ramil dəstək istəyir.

Ramil həmçinin Mercedes, Audi, Ford kimi nəhəng avtomobil şirkətlərinə də öz əl işlərini göndərib və müsbət cavab alıb.

Dostlarınla paylaş


Şərhlər


Top