10.11.2015
Avtoxəbər
Azərbaycanlı “Formula-1” üçün maşın hazırladı – FOTO
Azərbaycanlı gənc hazırladığı avtomobil layihəsi ilə dünyanın diqqətini cəlb edə bilər. Cars-az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Şəki şəhərindən olan 20 yaşlı Ramil Nəcəfov “Azerant” adlı maşın markası hazırlayıb. O, əvvəllər də bir neçə dəfə belə layihə hazırlayıb. Sözügedən layihələr xarici şirkətlərin diqqətin cəlb etsə də, təcrübə azlığından irəli gedə bilməyib. Lakin həmyerlimiz son layihəsi ilə diqqətləri cəlb etmək istəyir. Nəcəfov hazırladığı layihəni 2016-cı ildə keçiriləcək “Formula-1” yarışlarında sərgiləmək fikrindədir.