04.11.2015
Avtoxəbər
Azərbaycanda traktorlar üçün sürücülük vəsiqəsi veriləcək
Azərbaycanda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulunu və sürücülük vəsiqələrinin verilməsini (dəyişdirilməsini) Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi təmin edəcək.
Cars-az trend-ə istinadən məlumatına görə, bu barədə Dövlət Müfəttişliyinin Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində deyilir.
Bundan başqa, Dövlət Müfəttişliyi kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatını aparacaq, kənd təsərrüfatı texnikasının dövlət texniki baxışını keçirəcək və kənd təsərrüfatı texnikasından istifadəyə nəzarət edəcək.