21.02.2016
Avtoxəbər
Azərbaycanda bu yollar buz bağlayıb - Yük maşını aşdı
Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu və Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb. Сars-az azvision.az-a istinadən xəbər verir ki, Ağsu aşırımı buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib. Yolun buz bağlaması qəzaya səbəb olub. Şamaxı yolunda “Qazel” markalı yük maşını buzlu yolda sürüşərək yol kənarına aşıb. Sürücü xəsarət alıb.
Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir.