Azərbaycanda benzinlə bağlı sürücülərə pis xəbər - RƏSMİ 

Azərbaycanda benzinlə bağlı sürücülərə pis xəbər - RƏSMİ 

Azərbaycanda benzinlə bağlı sürücülərə pis xəbər - RƏSMİ 

Dünya bazarlarında neftin qiyməti aşağı düşdüyündən Azərbaycanda yanacağın qiymətinin ucuzlaşması gözlənilirdi. Hətta parlament üzvləri və ekspertlər bununla bağlı təkliflər də səsləndiriblər. Cars-az-ın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bildirib ki, benzinin və digər yanacağın qiymətinin yenidən bahalaşacağı və ya ucuzlaşacağı gözlənilmir: «Bununla bağlı Tarif Şurasına da müraciət daxil olmayıb».

Azərbaycanda benzini Tarif Şurası sonuncu dəfə 2013-cü il dekabrın 2-də bahalaşdırıb. Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

Dostlarınla paylaş


Şərhlər


Top