Azərbaycan yük avtomobili istehsalını artırıb

Azərbaycan yük avtomobili istehsalını artırıb

2015-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 301 yük avtomobili istehsal olunub ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisini 36,4 faiz üstələyir. Cars-az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2015-ci ilin 10 ayının yekunu üzrə hesabatında deyilir.

Hesabata görə, qeyd edilən dövrdə Azərbaycanda 725 minik avtomobili istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 60,6 faiz azdır.

Cari ilin ilk 10 ayında ölkədə 896 traktor istehsal edilib. Bu, 2014-cü ilin analoji dövrünün göstəricisindən 17,3 faiz azdır.

Qeyd edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin istehsalı üzrə iki zavod - Naxçıvan və Gəncə avtomobil zavodları fəaliyyət göstərir.

Dostlarınla paylaş


Şərhlər


Top