04.11.2015
Avtoxəbər
Avtomobil tamaşaçılara çırpıldı - 3 ölü
ABŞ-ın Stiluoter şəhərində (Oklahoma ştatı) sərxoş qadın sürücü idarə etdiyi avtomobili bayram paradını izləyən tamaşaçıların üstünə sürüb. İnsident nəticəsində 3 nəfər həlak olub, onlarla insan yaralanıb. Xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır. Şahidlərin sözlərinə görə, saatda təxminən 80 kilometr sürətlə hərəkət edən avtomobil polis motosiklini vuraraq izdihamın içərisinə girib.
Avtomobilin sükanı arxasında olan 25 yaşlı Adasiya Çembers həbs olunub. Ona qarşı avtomobili sərxoş vəziyyətdə idarə etməyə görə ittiham irəli sürülüb.