04.03.2016
Avtoxəbər
Aeroport yolunda dəhşətli yol qəzası – Yaralılar yol kənarına səpələnib
Bakıda dəhşətli yol qəzası baş verib. Сars-az-ın hadisə yerindən verdiyi ilkin məlumata görə, qəza Aeroport yolunda – «Buta» Palace-a yaxın ərazidə baş verib. «Toyota Prado», «Chevrolet», «Daevoo», 160 nömrəli sərnişin avtobusu və daha bir mikroavtobusun toqquşması nəticəsində onlarla yaralı var. Yaralılar yol kənarındakı çəmənliyə səpəlinib. Hadisə yerinə polis və təcili yardım qüvvələri cəlb olunub. İlkin məlumata görə, qəzaya səbəb «Prado»nun yoldan çıxaraq səkidən keçib qarşı yola çıxmasıdır. Hazırda araşdırmalar davam edir.
Сars-az hadisə yerindən çəkilmiş videoları təqdim edir: