«5 mərtəbə»də polisdən qaçan "avtoş" qəza törətdi

«5 mərtəbə»də polisdən qaçan "avtoş" qəza törətdi

«5 mərtəbə»də polisdən qaçan "avtoş" qəza törətdi

Bakıda avtoxuliqanlıq edərək yol polisindən qaçmaq istəyən sürücü qəza törədib. Cars-az-ın Report-a istinadən məlumatına görə, Yasamal rayonu «5 mərtəbə» adlanan ərazidə yol polisi "BMW" markalı maşına saxlama işarəsi verib. Lakin sürücü hərəkəti davam etdirərək yol polisindən qaçmağa çalışıb. Yasamal rayonu "Sovetski" adlanan ərazidə isə sürücü idarəetməni itirərək maşını yol kənarındakı tikilinin divarına çırpıb.

Hazırda qəza ilə bağlı araşdırma aparılır, sürücü isə izahatının alınması üçün polis bölməsinə aparılıb.

Dostlarınla paylaş


Şərhlər


Top