04.11.2015
Avtoxəbər
17 yaşlı gənc köhnə telefonu "Porsche"yə necə dəyişdi?
Stiven Ortiz adlı17 yaşlı kaliforniyalı gənc köhnə telefonunun müqabilində "Porsche Boxster" avtomobilini qazanıb. ABŞ-da məşhur olan "Craigslist" saytı vasitəsilə insanlar müxtəlif əşyaların mübadiləsini aparırlar. Stiven isə 2 il ərzində 14 mübadilə əməliyyatı nəticəsində bahalı avtomobili əldə edə bilib. Bir gün Stivenə köhnə və işlədilmiş mobil telefon bağışladılar. O isə bu sayta daxil olaraq daha yaxşı telefon axtarmağa başlayıb. Tədricən onun köhnə qurğusu "iPod", motosikl, noutbuk və digər bahalı əşyalarla əvəzlənib. O, 1975-ci ilin "Ford Bronco" avtomobilini "Porsche Boxster"lə dəyişib.