Yol polisinin yanında qayda pozub qəza törətdi

Yol polisinin yanında qayda pozub qəza törətdi

Bəzən elə harınlamış sürücülərə rast gəlirsən, bir anlıq düşünürsən ki, bunun düşünən yeri haradadır. Belələri zənn edir ki, qayda pozsa da, qəza törətsə də, ona heç nə olmayacaq. Amma özü də başına bir iş gələndə başa düşür ki, xeyr, heç də belə deyil. Bu videoda özbaşınalıq edən, qayda pozaraq qəza törədən sürücü də belələrindəndir. Cars-az-ın məlumatına görə, göründüyü kimi, «Mersedes» markalı avtomobilin sürücüsü sürət həddini aşıb, əks yola çıxıb. Üstəlik, yol polisi əməkdaşının gözü qarşısında svetoforun qırmızı işığından keçərək avtobusla toqquşur və yerindən oynayır.

DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edirik.

Elməddin

Dostlarınla paylaş


Şərhlər


Top