06.11.2015
Avtosfer TV
Toy karvanında silahlar susmadı – «BMW»nin lukundan havaya atəş
Toy karvanında avtoxuliqanlıq edən sürücüləri, havaya tapançadan atəş açanları görmüşdük. Amma hərənin əlinə bir avtomat alıb havaya güllə boşaltmasını ilk dəfədir görürük. Görüntülər Şərq ölkələrinin birində çəkilib.
Cars-az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan görünür ki, «Range Rover» markalı avtomobili idarə edən sürücü avtomatdan havaya atəş aça-aça restorana yaxınlaşır. Restoranın qarşısında isə demək olar ki, hər kəs əlində silah bəy-gəlinin ətrafında daraqları boşaldır. Toy karvanındakı maşınlar heç də ucuz maşınlar deyil və deyəsən, bu ölkədə adət belədir…
Fidan