04.11.2015
Avtosfer TV
Təyyarə də piyadaya yol verdi, bəzi sürücülər öyrənmədi
Moskvada çəkilən bu kadrların üstündən illər ötür. Amma bu kadrlardakı məna itmir. Cars-az xəbər verir ki, bu video piyada keçidində piyadaya yol verməyi öyrənə bilməyən sürücülər üçün əsl tapıntıdır. Kadrlardan da görünür ki, hətta qəza enişi edən təyyarə də piyada keçidində piyadalara yol vermək üçün dayanır. Amma bizim bəzi sürücülər bu qaydanı öyrənmək istəmirlər ki, istəmirlər. Hansı ki, bu qayda pozuntusuna görə nə az, nə çox, düz 50 manat cərimə nəzərdə tutulub.
Cars-az maraqlı videonu təqdim edir.
Elmin