04.11.2015
Avtosfer TV
Svetoforda ŞOK qəza – Qırmızıdan keçib iki maşını darmadağın etdi
Bakıda svetoforun qırmızı işığının tələbinə əhəmiyyət verməyən sürücü ağır yol qəzasına səbəb olub. Cars-az-ın məlumatına görə, sürətlə hərəkət edən minik maşını qırmızı işıqdan keçərək öz yolu ilə hərəkət edən iki avtomobili darmadağın edib. Maşınların birinin ön, digərinin arxası əzilib. Hər iki maşını yerindən oynadan avtomobilin özünə də ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alanlar olub.
Cars-az DİN-in «Təhlükəsiz şəhər» kamerası ilə qeydə alınan qəzanın videosunu təqdim edir.
Elməddin