04.11.2015
Avtosfer TV
Sürücü yatdı, avtobus aşdı: 39 yaralı
Türkiyədə sərnişin avtobusu ağır qəzaya uğrayıb. Cars-az-ın anspress-ə istinadən məlumatına görə, hadisə səhər saatlarında Sivas-Ankara yolunda qeydə alınıb. Həmin istiqamətdə Nahit Yurtsevenin idarə etdiyi iritutumlu yük avtobusu dəmir maneəyə dəyərək aşıb. Qəza nəticəsində avtobusdakə 52 sərnişindən 39-u ağır yaralanıb. Yaralılardan biri, avtobusun sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.
Qəza barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili yardım həkimləri cəlb olunub. Yaralılar xəstəxanalara aparılıb.
İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.