24.03.2016
Avtosfer TV
Qəzaya düşən adama saatlarla heç kim yaxın durmadı
Çində yaşanan bu hadisə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Kadrlardan görünür ki, arxadan gələn maşın motosikli vurur və hadisə yerindən qaçır. Lakin məsələ bununla bitmir. Сars-az faktxəbər-ə istinadən bildirir ki, sürücü el dili ilə desək, "yeddi yolun ortasında" olmasına baxmayaraq, gəlib keçən heç kim ona fikir vermir, yardım əli uzatmır.
Qeyd edək ki, bu, Çində baş verən ilk belə hadisə deyil. Bu ölkə ilə bağlı paylaşılan qəzaların əksəriyyətində insanların hadisələrə laqeydliyi nəzərə çarpır.