04.11.2015
Avtosfer TV
İt keçmədi, qızlar keçdi – Qırmızı işıqdan ŞOK VİDEO
Bu maraqlı hadisənin hansı ölkədə baş verdiyi dəqiq məlum olmasa da, görünən odur ki, baş verənlər təbii olaraq lentə alınıb. Cars-az-ın məlumatına görə, iki qız piyada keçidindən – zebradan keçərkən svetoforun qırmızı işığına əhəmiyyət vermirlər və maşınlar hərəkətdə ola-ola qaçaraq yolu keçirlər. Lakin bu zaman qızların yanında dayanan it görənləri təəccübləndirir. Svetoforun yaşıl işığının yanmasını gözləyən it yalnız bundan sonra zebranın üstü ilə yolu keçir.
Cars-az həmin görüntüləri təqdim edir:
Fidan