İmişlidə «011» gedə-gedə yandı

İmişlidə «011» gedə-gedə yandı

Dünən günün ikinci yarısında İmişli rayonunda avtomobil yanıb. Hadisə şahidlərinin Cars-az-a verdiyi məlumata görə, «VAZ-21011» markalı, 30 BG 931 dövlət nömrə nişanlı minik avtomaşını hərəkətdə olarkən qəflətən alışıb. Bir anda avtomobilin mühərrik hissəsi alovlanmağa başlayıb. Bunu görən sürücü maşından düşərək qaçıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri avlovun yayılmasının qarşısını alıblar. Bir neçə dəqiqə sonra alov söndürülüb.

Yanğın zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top