Bu ərazidə yolu keçmək problemdir

Bu ərazidə yolu keçmək problemdir

Yolun hər iki tərəfində dayanacaq olsa da qarşıya keçmək üçün nə zolaq var, nə də keçid. Avtomobillər də yüksək sürətlə şütüyür. 8 zolaqlı Zığ şossesini keçmək üçün sakinlər xeyli əziyyət çəkir. Bəs dəmir maneələr sonradan kəsilibsə, dayanacaq qoyulanda vətəndaşların yolu necə keçəcəkləri niyə nəzərə alınmayıb? Eyni mənzərə Koroğlu metrostansiyasının yaxınlığında da yaşanır. Yenə də 8 zolaqlı yolu sakinlər qaça-qaça keçirlər. Çünki hansısa zolaq olmadığından avtomobillər piyadalara yol vermirlər.

Dostlarınla paylaş


Şərhlər


Top