02.01.2016
Avtosfer TV
Bu dəfə qoyun maşını vurdu
Adətən, belə məlumatlara rast gəlirik ki, yolda maşın qoyun sürüsünü vurub, onlarla heyvan tələf olub. Amma Cars-az-ın təqdim etdiyi bu videoda maşın qoyunu yox, qoyun maşını vurub. Yolda kəllə-kəlləyə gələn qoçlar «Toyota-Camry» markalı avtomobilin yaxınlaşmasına əhəmiyyət vermirlər. Geriyə çəkilib rəqibinə zərbə endirmək üçün hücuma keçən qoçun zərbəsinə «Toyota»nın qabaq farası tuş gəlir. Zərbədən sonra avtomobilin farası sınıb dağılır. Qoç isə dayanmır və rəqibinə hücumu davam etdirir. Cars-az həmin görüntüləri təqdim edir.
Fidan