Bayker belə olar

Bayker belə olar

Sosial şəbəkələrdə sıldırım qayaların qoynunda – təhlükəli yollarda motosikleti sürətlə idarə edən baykerlərin videosu yayılıb. Cars-az-ın məlumatına görə, yerdən xeyli hündürdə – qayaları parçalamaqla salınan yolda motosikletçilərin sürətlə hərəkətini izləməyin özü də insanda vahimə yaradır. Arxadan gələn motosikletçinin uçuruma daha yaxın yerdə hərəkət etməsi isə daha qorxuncdur.

Cars-az Bakının hamar yollarında motosikleti xoruldadıb özünü bayker adlandıranlar üçün də maraqlı olacağını nəzərə alaraq həmin görüntüləri təqdim edir.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top