04.11.2015
Avtosfer TV
Bakıda dəhşətli piyadavurma qəzası – REAL VİDEO
Bakıda daha bir piyadanı keçid olmayan yerdən yolu keçdiyi üçün maşın vurub. Cars-az-ın məlumatına görə, günün qaranlıq vaxtı keçid olmayan yerdən yolu keçən piyada dəhhətli qəzanın qurbanı olub. Maşının zərbəsindən havada bir neçə dəfə fırlanan piyada səkiyə çırpılaraq yerindəcə keçinib.
Cars-az həmin qəzanın DİN-in «Təhlükəsiz şəhər» kameralarında qeydə alınan görüntüsünü təqdim edir. Faciə də olsa, başqaları bu videoya baxıb ibrət almalıdır. Maşınların sürətlə hərəkət etdiyi yolda keçid olmayan yerdən keçmək piyadaların həyatı üçün olduqca təhlükəlidir.
Elməddin