16.02.2016
Avtodünya
"Ferrari" yeni bolidinin təqdimat vaxtını açıqladı
"Scuderia Ferrari" komandasının mətbuat xidmətinin məlumatına görə, yeni bolidin təqdimatı fevralın 19-da baş tutacaq. Trend "F-1.az" saytına istinadən xəbər verir ki, "Ferrari" komandası yeni bolidini ictimaiyyətə mövsüm öncəsi Barselonada keçiriləcək testlər zamanı təqdim edəcək. Daxili indeksi 667 olan yeni bolidin şəkilləri Ferrari-nin rəsmi saytında fevralın 19-da Bakı vaxtı ilə saat 17:00-da yerləşdiriləcək.