09.02.2016
Avtodünya
Messi dünyada ən bahalı avtobomilin sahibi oldu
"Barselona" klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi dünyada ən bahalı avtomobilin sahibi olub. Trend Lenta.ru saytına istinadən xəbər verir ki, L.Messi Paris hərracında 1957-ci il istehsalı olan "Ferrari" 335 S Spider Scaglietti yarış avtomobilini alıb. Məşhur futbolçu Ferrarini italiyalı daşınmaz əmlak üzrə agent Alessandro Protodan 32 milyon avroya satın alıb.
Qeyd edilir ki, məhz bu Ferrarini əldə etmək istəyənlər sırasında "Real" Madrid klubunun forvardı Kriştianu Ronaldu da var idi.