08.11.2015
Avtodünya
Məşhur idmançının maşını Bakıda satışa çıxarıldı
Dünyaca məşhur olan ABŞ basketbolçu Shakil O"neal-in maşını Azərbaycanda satışa çıxarılıb. Cars-az anspress-ə istinadən xəbər verir ki, ABŞ basketbolçusu Shakil O"neal-in maşınının satışa çıxarılması haqda məlumat yerli elan saytlarının birində yayılıb. «Hammer H1» markalı maşının qiyməti isə 383 300 AZN təşkil edir. Maşında onun vaxtı ilə Shakil O"neal-a məxsus olduğunu bildirən nişanlar da var.
Shakil O"neal Amerikalı professional NBA oyunçusudur. 2 metr 160 sm hündürlükdə olan Shakil O"neal 147 kq ağırlığı ilə NBA tarixinin ən ağır oyunçuları sırasındadır.