Kreditdə olan avtomobillər banka geri qaytarılır
Əhali kreditdə olan avtomobili kütləvi şəkildə banka geri qaytarır. Zaur Məmmədovda bu şəxslərdən yalnız biridir: “Mən keçən il bir maşın almışdım. Belə bahalı maşın idi. O vaxt işlərim çox əla gedirdi, vaxtı vaxtında ödəyirdim. Bu il bir az işlərim pisləşdi, maşın da kreditdə idi. Düşündüm ki, maşını banka qaytarım. Onlar da, mənim maşınımı hərracda satıblar və aradakı fərqi mənə qaytarıblar. Mən də getdim özümə işlənmiş maşın aldım”.
Zaur Məmmədov kimi, bu üsüla əla atanlar heç də az deyil. Vaxtıylə bahalı avtomobillərə üstünlük verən vətəndaşlar , indi daha qənaətli variantların axtarışındadırlar.
Lizinqlə satılan avtomobillərlə bağlı isə proses daha da sürətli şəkildə gedir. Çünki bu cür kreditlər daha uzun müddətə verilir və faizlər üst-üstə gəldikdə kreditdən xeyli baha başa gəlir. İqtisadçı Vüqar Bayramov hesab edir ki,hər 2 proses avtomobil bazarına ciddi təsir edəcək. Çünki banklar , öz pulunu geri almaq məqsədi ilə , qaytarılmış maşınları bazardakı qiymətindən kifayət qədər ucuz satırlar.