Hörümçək avtomobil

Hörümçək avtomobil

Dağ idmanlarına həvəskar olan fransız mühəndis Paskal Rembond hörümçək şəklində hər yolda gedə biləcək avtomobil icad edib. Hörümçək kimi elastik hərəkət edən avtomobil elektriklə işləyir. 4 təkəri də müstəqil hərəkət edə bilən bu vasitə sanki bir hörümçəyin qolları kimi önünə çıxan hər maneəni aşır. Dağ yollarında, dərə-təpələrdə, cığırlı yollarda dayanmadan irəliləyən hörümçək maşının uzunluğu 1 metr yarım, ağırlığı isə 150 kiloqramdır. Alüminium lövhələrdən düzəldilən avtomobil çox səssiz çalışır.

Dostlarınla paylaş


Şərhlər


Top